Onlayn ictimai-siyasi qəzet
Avqustun 24-də saat 02:15 radələrində rus qırıcısı Arşakunyats prospektində metal dirəyə, daha sonra hasara çırpılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Fotojurnalist Qaqik Şamşyan bildirib ki, ilkin məlumatlara görə, hadisə nəticəsində tələfat olmayıb.
Hazırda patrul zabitləri və Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşları Erebuni hava limanına gedən nəqliyyatın hərəkətini bağlayıblar.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ