İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 450 km vurma məsafəsi olan raketlərin satışını təsdiqlədi

Ötən həftə ABŞ administrasiyası Ukraynaya 3300 ERAM (Genişləndirilmiş Mənzilli Hücum Sursat) hava raketlərinin satışını təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb.

Bildirilir ki, raketlər altı həftə ərzində Ukraynaya çatacaq. Mənbələrin sözlərinə görə, hərbi yardım paketinin ümumi məbləği 850 milyon dollar təşkil edib. Bu məbləğin əhəmiyyətli bir hissəsinin dəyərini Avropa ölkələri ödəyib. Qəzet tranşa ERAM raketlərindən başqa nələrin daxil olduğunu dəqiqləşdirmir, lakin qeyd edir ki, ABŞ administrasiyası onun təsdiqini prezident Donald Trampın Rusiya lideri Vladimir Putin və Vladimir Zelenski ilə görüşlərinə qədər təxirə salmışdı.

The Wall Street Journal qeyd edir ki, bu raketlərin uçuş məsafəsi 150-280 mil (240-450 km) təşkil edir. Bu o deməkdir ki, Ukrayna çox güman ki, onların hücum əməliyyatları zamanı istifadəsi üçün Pentaqonun icazəsini tələb etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR