Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kursk vilayətində yerləşən Atom Elektrik Stansiyasında (AES) ciddi insident yaşanıb.
Musavat.com xəbər verir ki, rus mediasının məlumatına görə, gecəyarısından az sonra hava hücumundan müdafiə sistemi Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub. Dron düşərkən partlayış baş verib və nəticədə Kursk AES-in transformator bloklarından biri zədələnərək yanğın başlayıb. Hadisə qısa müddətdə söndürülüb.
Məlumata əsasən, stansiyanın üçüncü enerji blokunun gücü iki dəfə azaldılıb. Rəsmi qurumlar radiasiya fonunun normal qaldığını bildiriblər.
Ukrayna tərəfi hadisə ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ