İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ prezidenti: Mbappe ilə bütün danışıq aramızda qalacaq

PSJ futbol klubunun prezidenti Nasser Al-Xelaifi komandanın hücumçusu Kilian Mbappe ilə cari mövsümün sonunda müqaviləsini uzatmaq barədə razılığa gəldiyindən danışıb.

Bu barədə “Report” “RMC Sport”a istinadən xəbər verir.

“Kilian təkcə əla futbolçu deyil, həm də yaxşı insandır. Əvvəldə dediyi kimi, mənimlə müəyyən razılaşması var.

Bütün detallar və nüanslar sırf bizim aramızda qalacaq, onları açıqlamaq istəmirəm. Ancaq həqiqətən razılaşma var. Bu, daha çox centlmen xarakteri daşıyır və pulla bağlı deyil. Fikrimcə, bu, sadəcə imzalanmış bir sənəddən daha əhəmiyyətlidir”, - PSJ futbol klubunun prezidenti deyib.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm forvard parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir.

“Transfermarket” internet portalına görə futbolçunun təxmini qiyməti 180 milyon avrodur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR