İnsanlara hürriyət, millətlərə istiqlal!

Proses BAŞLADI, parlament təsdiqlədi - İsveçin NATO üzvlüyündə YENİ ADDIM

İsveç parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Parlamentinin böyük əksəriyyəti NATO-ya qoşulmağı dəstəkləyib.

Musavat.com xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 37 nəfər İsveçin NATO-ya qoşulmasının əleyhinə, 269 nəfər isə lehinə səs verib, 43 deputat səsvermədə iştirak etməyib. Səsvermədə Sol Partiya və Yaşıllar Partiyası NATO-ya üzv olmağa qarşı çıxıblar.

İsveçin NATO üzvü olması üçün bütün NATO üzvləri İsveçin alyansa daxil olması haqqında protokolu ratifikasiya etməlidir.

Türkiyə Finlandiyanın alyansa daxil olması üçün təsdiq prosesinə başlasa da, eyni addımı İsveç üçün atmayıb. Türkiyə İsveçdən terroru maliyyələşdirməyi, terror təşkilatlarına adam cəlb etməyi, terror təşkilatlarının təbliğat fəaliyyətlərini dayandırmağı, lazımi tədbirlərin görülməsini və bəzi cinayətkarların ekstradisiyasını tələb edir.

Qeyd edək ki, NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR