İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Vaqif Xaçatryana cəza istəyəcək- Məhkəmədən VİDEO

 

 

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən birinin – Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə,  Bakı Hərbi  Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçrilən prosesdə polkovnik Azay Kərimov şahid qismində dindirilib. O, ifadəsində V.Xaçatryanı tanıdığını deyib: "Şuşa rayonunun Malıbəyli kəndindənəm, hərbçi olmuşam. Azərbaycana 20 Yanvar hadisələrindən sonra gəlmişəm. Ondan əvvəl Rusiyada yaşayırdım. Baş leytenant idim. Bizim kəndimiz Xankəndinə bitişik olub. Özüm könüllü milli orduya qoşulmuşam. Qarabağda yaşayan ermənilərin bir çoxu milli münaqişələr yaradırdılar. Köçəryan, Sarkisyan, Vitali Balasanyan Qarabağ ermənilərini qızışdırırdılar, mitinqlərə cəlb edirdilər. Bunlar əllərinə silah almayan erməniləri şantaj edir, qorxudurdular".

Şahidin sözlərinə görə, Şuşa rayon Post Patrul Xidmətinin rəisi olub, Meşəli hadisəsi baş verən günü Şuşanın Malıbəyli kəndinin mühafizəsini təşkil edib.

 Meşəli hadisəsindən əvvəl V. Xaçatryan cinayət törətdiyi üçün Şuşa həbsxanasında saxlanılıb:"Xaçatryan türmədə olan zaman dişləri ilə damarını kəsdi, bu səbəbdən onu Şuşa xəstəxanasına apardılar”.

 O, qeyd edib ki, bundan sonra Vaqif Xaçatryan xəstəxanadan qaçıb.

A.Kərimov deyib ki, Vaqif Xaçatryan milli münaqişələri qızışdıran şəxslərdən, hadisənin baş verməsində əsas təşkilatçılardan biri olub: "Vaqif Xaçatryan bu cinayətləri törətməklə həmin dövrdə özünə hökm çıxarıb. Bu, özbaşına deyildi. Bunları məcbur edənlər var idi. Onlar da indi burada yoxdurlar. Ermənistanda mətbuata açıqlamalar verirlər".

Şahid deyib ki, Samvel Babayan Qarabağ hadisələri zamanı bir nömrəli fiqur olub: "Erməni kəndlərinə daxil olub, mitinqlərə qoşulmayanları güllələyirdilər. Köçəryanın iki komandası vardı. Onlara qoşulmayanların ailəsini öldürür, qızları zorlayırdılar. İkinci komanda da səngərdən qaçanları güllələyirdilər.

Ramil Usubov o vaxt cinayət axtarış şöbəsinin rəisi idi.  Qarabağda yaşayan ermənilərin 95 faizi Usubova işləyirdi. Biz əməliyyat tapşırığı alıb birbaşa ünvana gedirdik”.

Məhkəmə prosesi noyabrın7-də davam edəcək. Sabah dövlət ittihamçısı V.Xaçatryana cəza istəyəcək.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR