İnsanlara hürriyət, millətlərə istiqlal!

“Priqojinun təyyarəsində qumbara partladılıb” -hərbi pilot Putinin versiyasısını təsdiqlədi

Hərbi pilot Andrey Krasnoperov bildirib ki, sahibkar və “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin uğradığı qəzanın mahiyyəti təyyarənin göyərtəsində qumbara partlaması versiyasını təsdiqləyir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ekspert biznes-jetin quyruğunun qəza yerindən bir neçə kilometr aralıda bütöv halda tapıldığını bildirib və bunun kənardan vurulma nəticəsində yox, daxili partlayışdan xəbər verdiyini deyib.

A.Krasnoperov bildirib ki, təyyarənin içi yüngül metallardan, alüminiumdan hazırlanıb, ona görə də qumbaranın partlaması onu sadəcə parçalayır. Analitik qeyd edib ki, əvvəlcə Priqojinin biznes-jetinin quyruğu (yüksəklikdə təyyarənin ən zəif nöqtəsi) qopub, sonra qanadları düşüb, bundan sonra təyyarə kəskin şəkildə aşağı millənib.

“Bundan əlavə, sərnişinlərin cəsədlərində qəlbə fraqmentlərinin aşkar edildiyini nəzərə alsaq, Rusiya prezidenti Vladimir Putinin açıqladığı versiya inandırıcıdır”, - deyə mütəxəssis qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR