İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinlə bağlı ŞOK BƏYANAT - Hadisələr hələ bitməyib

Yevgeni Priqojinin qiyamından sonra Rusiya hökuməti ətrafında yaranan vəziyyəti bitmiş hesab etmək olmaz.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Entoni Blinken Nyu-Yorkda “Xarici Əlaqələr Şurası” araşdırma təşkilatında çıxış edərkən söyləyib.

Entoni Blinken Priqojinin “Putin kimi” Ukrayna, Afrika və Suriyada dəhşətli vəhşiliklər törətdiyini bildirib. “Vaqner qrupu hara gedirsə, ölüm, dağıntı və istismar gətirir”, - deyə, o qeyd edib.

"Lakin onun birbaşa prezident Putinə meydan oxuması, Putinin müharibə üçün irəli sürdüyü əsasları şübhə altına alması faktı əhəmiyyətlidir", - deyə ABŞ dövlət katibi əlavə edib.

“Geriyə baxsanız, cəmi 16 ay əvvəl rus qoşunları Kiyevin kənarında olarkən, şəhəri bir neçə günə ələ keçirəcəklərini və Ukraynanı dünya xəritəsindən siləcəklərini söylədiklərində olduğumuz yerdən nə qədər uzaqlaşdığımız heyrətamizdir. İndi isə biz hərbi qüvvələrin Rusiyanın paytaxtına, Moskvaya doğru irəlilədiyi kimi görürük. Halbuki bunlar Putinin özü tərəfindən yaradılmış muzdlular idi”, - Entoni Blinken söyləyib.

ABŞ dövlət katibinin sözlərinə görə, bu vəziyyət “Ukraynaya qarşı təcavüzün bütün istiqamətlərdə Putin üçün nə qədər uğursuz olduğunu” göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR