Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, dünən qəzaya uğrayan özəl təyyarədə Priqojinlə birgə digər 10 nəfər də həlak olub.
Ekipaj arasında azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimov da var. O, Embraer-135 özəl jetinin ikinci pilotu olub.
Qeyd edək ki, təyyarədə olan 10 nəfərin hamısı həlak olub
Məlumata görə, R.Kərimov əslən Perm vilayətindəndir. 29 yaşlı Rüstəm Kərimov Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur. O, 2019-cu ildə evlənib. Təyyarə qəzasından bir neçə gün əvvəl o, həyat yoldaşı ilə toylarının dördüncü ildönümünü qeyd edib.
Rüstəm Kərimovun atası mətbuata açıqlamasında bildirib ki, oğlu qəzadan 3 ay öncə həmin şirkətdə işə düzəlibmiş.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ