Onlayn ictimai-siyasi qəzet
Rus rublu xarici valyutalar qarşısında davam gətirməkdə çətinlik çəkir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rus ekspertlər bunun səbəbləri və hansı nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər.
Ekspertlərə görə, 2022-ci ilin yay-payız aylarında rublun məzənnəsi anomaliyadan xəbər verir;
- Milli valyuta idxalın kəskin şəkildə azalması fonunda dəstəklənir ki, bu da Rusiya üçün unikal bir vəziyyət sayılır. Hazırkı azalma normallaşma adlanır. Bunun sadə səbəbi var: neft və qaz gəlirləri. Lakin Maliyyə Nazirliyinin rəsmi etirafına görə, artıq bu sahədə gəlirlər 50% azalıb;
- Federal Xəzinədarlığın artıq bütün vədləri yerinə yetirmək üçün kifayət qədər pulu yoxdur, lakin rublun yeni məzənnəsi ilə büdcə kəsiri hələ kritik səviyyəyə çatmayıb;
- Hakimiyyətin əlində rublun devalvasiyası istisna olmaqla, demək olar ki, heç bir vasitə qalmayıb. Ona görə də bir dollar üçün hətta 200 rubl da gələcəkdə kifayət qədər real görünür və qısa müddətdə 100 rəqəmini görmək mümkün olacaq;
- Böyük bir büdcə kəsiri 1991 və ya 1998-ci ildəki kimi hadisələrlə, yəni hakimiyyətin dəyişməsi ilə başa çatıb. Ona görə də bütün maliyyə siyasəti istənilən vasitə ilə tarazlığın qorunmasına yönəlib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ