İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Qərbi Azərbaycanla bağlı çağırışı Ermənistanda müzakirə edilməyə başlayıb-deputat  

 

“Beynəlxalq ictimaiyyət azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq arzusu barədə məlumatlı olmalıdır. Bununla bağlı tarixi məlumatlar ortaya qoyulur, beynəlxalq hüquqa istinad edilir”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində bildirib.

A.Mirzəzadə vurğulayıb ki, artıq beynəlxalq tribunalarda Ermənistana açıq suallar ünvanlanır:

 "Bu günlərdə BMT-də xarici ekspertlərdən biri Ermənistan xarici işlər nazirinin müavininə "Nəyə görə Ermənistanda azərbaycanlılar yaşamır?" sualını verdi. İndiki Ermənistanın hər daşında Azərbaycanın tarixi var. Bu məsələ ilə bağlı vaxtaşırı işlər aparılır. O cümlədən beynəlxalq ictimaiyyət də məlumatlandırılır. Ötən il də beynəlxalq konfrans keçirilmişdi. Builki konfrans daha da möhtəşəmdir. Onlarla ölkədən deputatlar, ictimai xadimlər, professorlar gəliblər və onlar dinləyici kimi deyil, ekspert kimi çıxış edirlər".

A.Mirzəzadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətinə diqqət çəkərək bunun Ermənistanda narahatlıq yaratdığını qeyd edib:

"Cənab Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində çox ciddi məsələyə toxundu ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır. İnsanların öz torpaqlarına qayıtmaq hüququna hörmətlə yanaşılmalıdır. Artıq Ermənistanda cənab prezidentin çağırışı müzakirə edilir. Müəyyən dairələr buna başqa qiymət verməyə çalışırlar amma Azərbaycanın öz haqqını səsləndirməyə və bunun üçün mübarizə aparmağa tam haqqı var. Konfrans yüksək səviyyədə təşkil olunub".

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR