İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi: "Türkiyənin dəstəyini hər zaman hiss edirik"

"Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib:

"Orada bir yol yox idi. Onlar yolu da məhv etmişdilər. Sovetlər dövründə bu yol nəqliyyat baxımından ən sərfəli yol kimi istifadə edilirdi. Çünki burada nəqliyyat xərcləri də aşağı idi. Qarabağ erməniləri üçün lazım olan vəsaitin daşınması bu yolla mümkündür. Onlar da bu yoldan istifadə edərək Azərbaycan bazarlarına öz məhsullarını çıxara biləcəklər. Amma onlar bu yoldan istifadə etmək əvəzinə, maneələr yaratmaqla məşğuldurlar. Bundan siyasi təbliğat vasitəsi kimi istifadə edirlər".

H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR