İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident siyasi partiyaları Novruz bayramı münasibətilə təbrik etdi

Azərbaycan Respublikasının Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən siyasi partiyaları Novruz bayramı münasibətilə təbrik edib.

Bu barədə Musavat.com-a siyasi partiyalardan məlumat daxil olub.

Bildirilib ki, martın 19-da Prezident Administrasiyasından siyasi partiyaların sədrlərinə zəng edilib və ölkə başçısının bayram təbriki çatdırılıb.

Məsələ ilə bağlı Musavat.com-a danışan Xalq Partiyasının sədri Pənah Hüseyn məlumatı təsdiqləyib. Bildirib ki, belə məzmunlu təbrik zəngİ ona da edilib:

“Bu gün Prezident Administrasiyasından bizə də zəng oldu və Novruz bayramı münasibətilə ölkə başçısının təbriki çatdırıldı. Biz də Xalq Partiyası adından həmin xətlə qarşılıqlı təbrikimizi çatdırımışıq. Son üç ildə bu, bir ənənə halını alıb. 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü, Yeni İl, 28 May Respublika günü və Novruz bayramında bu cür qarşılıqlı təbriklər olur. Novruz bayramı münasibətilə bütün millətimizi təbrik edirəm”.

Ağ Partiya başqanı Tural Abbaslı da bildirdi ki, onlara da prezidentin təbriki çatdırılıb:

“Bizə də zəng edib, Novruz bayramı ilə bağlı Prezidentin təbrikini çatdırıb, şəxsi həyatda xoşbəxtlik arzulayıb, partiya üzvlərimizə də təbrikləri çatdırmağımızı xahiş etdilər. Biz də partiyamız və öz adımızdan Prezident İlham Əliyevə təbriklərimizi yolladıq. Bu, Yeni İl və Ramazan bayramında da olmuşdu. Düşünürəm ki, bu cür qarşılıqlı təbriklər siyasi protokola çevrilməlidir və artıq iqtidar-müxalifət münasibətləri daha sivil formaya yönəlməlidir. Bu, son illərdə ardıcıl olaraq davam edir. Bunu müsbət hal kimi qiymətləndirirəm. Hesab edirəm ki, siyasi münasibətlərin daha normal və sivil statusa keçməsində belə təbriklərin rolu var. Ağ partiya olaraq bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm”.

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR