Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Düşənbədə Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Prezident İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı təqdim edilən məlumat üçün Putinə xüsusi təşəkkürünü bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Rusiya hadisənin səbəblərinin araşdırılması məsələsində daimi təmasdadırlar.
“Biz bu prosesdə şəffaflıq və obyektivlik görürük. Əminəm ki, şəxsən nəzarətiniz altında aparılan istintaq hadisənin səbəblərini tam obyektiv şəkildə ortaya çıxaracaq,” – deyə İlham Əliyev vurğulayıb.
Prezident həmçinin əlavə edib ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlərdə yaxşı dinamika ilə inkişaf edir və heç bir sahədə ləngimə və ya geriləmə müşahidə olunmur.
“Bu il Azərbaycan–Rusiya münasibətləri uğurla inkişaf edib, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığımız daha da möhkəmlənib”, – deyə Əliyev bildirib.
Görüş iki ölkə arasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com
10 Oktyabr 2025
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ