İnsanlara hürriyət, millətlərə istiqlal!

Populyar aktrisa Rusiyadan qaçdı...

Dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin əleyhinə çıxan 84 yaşlı populyar aktrisa Liya Axecakova yəhudi dövlətində görünüb. 

Rusiyanın "sarı mətbuatı" aktrisanın "gizli qaçış"ından qəzəbli məqalələr dərc edib.

Musavat.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə "informing.ru" nəşri yazıb.

Üzdəniraq jurnalistlər bu günlərdə fevralın sonundan İsraildə yaşayan musiqiçi Andrey Makareviçin dərc etdiyi şəkilə diqqət çəkib.

"Maraqlıdır, mən burada teatrlarda Moskvaya nisbətən tez-tez oluram. İşlərin biri o birindən gözəldir.

Bu yaxınlarda A. Belının "Mən buradayam!", dünən isə Liya Axecakovun iştirakı ilə "Mənim Veniamin nəvəm" monotamaşasının premyerası baş tutub!

Fiziki agentin bəxtinə bir baxın!" - fotonun altından "Maşina vremeni"nin lideri belə yazıb.

Axecakova Moskvada ləğv edilən tamaşanı İsrailə gətirib, bunu "Məşhurların gündəliyi" Telegram-kanalı yazıb.

Söhbət Lüdmila Ulitskayanın "Mənim Veniamin nəvəm" pyesindən gedir.

Bu zaman Moskva afişalarına görə, bu tamaşa Axecakovun iştirakı ilə dekabrda Taqankada nümayiş etdirilməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR