İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşanın baş naziri miqrantlara qarşı – “İkinci Lampeduza faciəsi istəmirik”

Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqının İspaniyanın Qranada şəhərində keçiriləcək qeyri-rəsmi sammitində Avropaya gələn qeyri-qanuni miqrantların icma ölkələri arasında yerləşdirilməsi ilə bağlı istənilən qərarına veto qoyacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Polşa televiziyası tərəfindən yayımlanan müraciətində bildirib.

“Polşa Aİ sammitinə təkcə qeyri-qanuni mühacirlər üçün hansısa kvotaların tətbiqinə qəti şəkildə “yox” demək üçün getmir. Mən Qranadaya Aİ sammitinə veto qoymaq və həmçinin qeyri-qanuni miqrasiya sahəsində baş verənlərin yeganə mümkün çarəsini təmsil edən bir planı danışıqlar masasına qoymaq üçün gedirəm", - Moravetski deyib.

Qeyd edək ki, dövlət və hökumət başçıları cümə günü Qranadada qeyri-rəsmi görüşdə miqrasiya məsələlərini müzakirə edəcək.

Polşa Aİ-yə gələn miqrantlar üçün köçürülmə mexanizminin tətbiqinə razı deyil, çünki bu, onun fikrincə, onların daha da böyük axınına səbəb olacaq. "Biz Polşada ikinci Lampeduza faciəsi istəmirik", - Polşa hökumətinin başçısı deyib və əlavə edib ki, Avropanın gələcəyi bu problemin həllindən asılıdır.

P.S. Moravetski “İkinci Lampeduza” deyərkən 3 oktyabr 2013-cü ildə İtaliyanın Aralıq dənizi sahillərində həlak olan miqrantları nəzərdə tutur. Həmin vaxt afrikalı miqrantları daşıyan balıqçı qayığı çevrilib və qəza zamanı 360-dan çox insan həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR