İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?

“Bu yaxınlarda müğənnilərdən birinə zəng edib nəvəmin toyuna dəvət etdim. O, narahat olmayın, gələrəm demək əvəzinə, meneceri ilə danışmağı tövsiyə etdi. Halbuki, mənim yazdığım şeirlərə bəstələnmiş mahnıları oxumaqla məşhurlaşmışdı. Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də. Beş mahnı oxuyan kimi elə bilirlər əlçatmaz ulduz olublar. Qiymətlərini qaldırırlar, davranışlarını dəyişirlər. Bu cür münasibət düzgün deyil”.

Bunu Musavat.com-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı toy biznesində qiymətlərin süni şəkildə artırılmasından danışarkən deyib. Onun sözlərinə görə, ölkədə toy mərasimləri artıq insanların maddi imkanlarına mənfi təsir göstərir:

"Toyxana sahəsində bir mafiya yaranıb. Qiymətlər havada “uçuşur”. Hər stol üçün 150-200 manat tələb edirlər. Mən qiyməti 100 manat etmək istədim, amma qəbul etmədilər. Deyirlər ki, qiymət budur, dəyişmək olmaz. Qonaqlar nə qədər pul yazdırmalıdır ki, toy yiyəsi ağır xərcin altına girməyə məcbur qalmasın".

Xalq şairi qeyd edib ki, restoranlarda toy qiymətlərində ciddi islahatlar aparılmalıdır: "Toylarımız bu gün ticarət meydanına çevrilib. Həm toy yiyəsi, həm də qonaq üçün vəziyyət çətindir. Burada cəmiyyət və dövlət olaraq bir mövqe ortaya qoymaq lazımdır", -deyə S. Rüstəmxanlı bildirib.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR