Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın son bəyanatına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Medvedev qeyd edib ki, Trampın verdiyi “dekorativ ultimatum” Rusiyada heç bir ciddi reaksiya doğurmayıb. Onun sözlərinə görə, ABŞ prezidentinin açıqladığı tədbirlər daha çox “aqressiv Avropanı” məyus edib, Rusiya üçün isə heç bir əhəmiyyət daşımır.
“Biz bu cür ritorikalara öyrəşmişik və onları ciddiyə almırıq. Trampın hədəflədiyi auditoriya başqa yerdədir, biz isə öz işimizlə məşğuluq”, – deyə Medvedev bildirib.
Xatırladaq ki, Tramp son açıqlamasında Rusiyaya qarşı əlavə təzyiq alətləri tətbiq ediləcəyini bəyan etmişdi. Bu bəyanat Avropa ölkələri tərəfindən dəstəklənsə də, Kreml düşərgəsində təmkinlə qarşılanıb.
Musavat.com
03 Sentyabr 2025
07:31 Trampdan Pekin paradı fonunda Si Cinpinə sərt mesaj: “Putinə və Kim Çen Ina salamımı çatdırın”
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ