İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi 500 rubla görə 3 il həbs – Rusiyada daha bir sensasion qərar

Moskvada yaşayan bir şəxs cəmi 1 500 rubl ianə etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, Rusiya istintaq orqanlarının versiyasına görə, həmin şəxs 2021-ci ilin avqustundan noyabrına qədər 5 dəfə, hər dəfə 300 rubl olmaqla, ümumilikdə 1 500 rubl (təxminən 27 manat) məbləğində pulu Rusiyada fəaliyyətinə qadağa qoyulmuş FBK təşkilatına köçürüb. Bu addım isə “ekstremist təşkilatın maliyyələşdirilməsi” kimi qiymətləndirilib.

Məhkəmə şəxsin günahını “sübut olunmuş” sayaraq onu 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, FBK (Korrupsiyaya Qarşı Mübarizə Fondu) müxalif lider Aleksey Navalnının qurduğu təşkilatdır və hazırda Rusiyada “ekstremist qurum” kimi tanınır. Bu cür məhkəmə qərarları beynəlxalq hüquq müdafiəçiləri tərəfindən insan haqlarının pozulması kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR