İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada Ukraynanın “T-64” tanklarının təmiri mərkəzi açılıb

Polşada Bumar-Labedi zirehli zavodu Ukraynanın “T-64” tanklarını təmir etməyə başladı.

Bu barədə “Report” Polska Grupa Zbrojeniowa şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, mərkəz şirkətlə və “Ukroboronprom” arasında bağlanmış müqavilə çərçivəsində açılıb. Onlar “T-64” tanklarının təmiri, texniki xidməti, döyüş qabiliyyətinin saxlanması və bərpası ilə məşğul olacaqlar.

Gələcəkdə Polşanın Ukraynaya təhvil verdiyi “T-72” və “PT-91” tanklarına xidmət göstərmək üçün də əməkdaşlıq planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR