İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib

Ötən il Polşa qonşu Ukraynaya ümumilikdə milyard zlot (6,4 milyard avro) həcmində yardım göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Maqdalena Jeçkovska məlumat verib. O bildirib ki, Polşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra milyonlarla ukraynalı üçün sərhədlərini açıb və qaçqınlar üçün bir sıra çoxşaxəli yardım proqramları təqdim edib, eləcə də qonşu ölkəyə silah və digər avadanlıqlarla dəstək göstərilib. Nazirin sözlərinə görə, Ukraynaya göstərilən yardımın həcmi Polşanın ümumi daxili məhsulunun təxminən bir faizinə bərabərdir.

Həmçinin qeyd edilib ki, hazırda 780 minə yaxın Ukrayna vətəndaşı Polşada işlə təmin olunub və onların arasında azad sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da kifayət qədərdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR