İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa hökuməti Belarusdakı ABŞ vətəndaşlarına müraciət etdi

Polşa ABŞ vətəndaşlarına fövqəladə vəziyyətdə Belarusu tərk etmək üçün öz ərazisindən istifadə etməyi təklif edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa sərhəd idarəsinin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Belarus-Litva sərhədində bəzi sərhəd-keçid məntəqələrinin bağlanması ilə əlaqədar həmvətənlərindən dərhal Belarusdan çıxmağı xahiş etmişdi.

“ABŞ səfirliyinin Amerika vətəndaşlarına Belarus ərazisini təcili tərk etmək xahişi ilə müraciəti ilə əlaqədar sizə bildiririk ki, onlar Polşaya Terespoldakı sərhəd-keçiddən keçə bilərlər”, - Polşanın sərhəd xidməti aydınlıq gətirib.

"Brest-Terespol" Polşa və Belarus sərhədində işləyən yeganə sərnişin sərhəd-keçid məntəqəsidir. Avqustun 18-də Litva hakimiyyəti Belarusla sərhəddəki altı keçid məntəqəsindən ikisini bağlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR