İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik: "Putin və ətrafı bu barədə təcili düşünməlidir"

"Qarabağ ətrafında baş verən son hadisələr bir daha onu sübut etdi ki, həm Rusiya, həm də onun illərlə açıq və gizli mübarizədə olduğu Qərb son vaxtlar öz xoş olmayan niyyətlərini artıq gizlətmirlər".

Bunu Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov söyləyib.

Polkovnikin sözlərinə görə, dünənə kimi guya ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanın işğalçılıq siyasətinə son qoymaq məqsədilə fəaliyyət göstərən ABŞ və Rusiya, Fransa indi tam fərqli davranır: "Qarabağ məsələsini həll etmək, regionda sülh və əmin-amanlığı bərqərar etmək əvəzinə, prosesə mane olacaq addımlar atmaqda israrlıdırlar. Praqa görüşündən sonra incik əhval-ruhiyyəsini heç cür gizlədə bilməyən Putin və komandası da öz hikkəsini Azərbaycan-Ermənistan sərhədində davamlı atəş səsləri ilə göstərməkdə davam edir. Son zamanlar elə bir gün olmur ki, ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutmasınlar. Yaxşı olardı ki, Putin və ətrafı 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasının icra olunmayan bəndlərinin təcili həlli haqqında düşünərdilər".

Üzeyir Cəfərov ikili standartlardan bəhs edərkən mühüm bir məqama diqqət çəkib: "Bir məsələ gün kimi aydındır ki, 44 günlük Zəfər savaşımızdan sonra başda Rusiya Federasiyası olmaqla bəzi dövlətlər dövriyyəyə elə bir mürəkkəb və bəzi hallarda həlli illər tələb edən problemlər buraxıblar ki, onların həlli xeyli vaxt tələb edəcək. Bu gedişatla tərəflər arasında sülh müqaviləsinin imzalanması da inanmıram ki, tezliklə mümkün olsun. Çox təəssüflər olsun ki, bəzən biz ayrı-ayrı dövlətlərin Azərbaycana, ələlxüsus da Qarabağ kimi vacib məsələyə münasibətlərinin o qədər də səmimi olmadığını görürük. Brüssel sülh formatının əhəmiyyətini aşağı salmaq üçün çox ciddi mexanizmlər dövriyyəyə buraxılıb".

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR