İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisin futbol zamanı meydana girən azarkeşi vurması iddiasına RƏSMİ CAVAB

Sosial şəbəkələrdə polis əməkdaşının “Qarabağ” – “Kəpəz” matçından sonra meydana girən yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, məlum hadisə ilə bağlı futbolçularla polislər arasında mübahisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən iddialar araşdırılıb.

Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib:

“İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR