İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verildi - FOTO

Estrada müğənnisi, bəstəkar, siyasi və ictimai xadim Polad Bülbüloğluna “Başqırdıstan Respublikasının Xalq artisti” adı verilib.

Musavat.com xəbər verir ki, mükafatı ona MDB iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu zamanı respublika rəhbəri Radiy Xabirov təqdim edib.

Jurnalistlərin suallarını cavablandıran Bülbüloğlu tədbirin əhəmiyyətini, insanların birləşməsində rolunu vurğulayıb:

“Məncə, forumun keçirilməsi çox vacibdir - bu, mədəniyyət, incəsənət və elm adamlarına bir-biri ilə ünsiyyət qurmaq imkanı verir”.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub. O, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR