İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyak: “Rusiya işğalçı və qatildir”

Ukrayna istənilən silahın köməyi ilə öz ərazilərini rus işğalçılarından azad edə bilər.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

“Krım da Donetsk və ya Xerson kimi Rusiya Federasiyasının bir hissəsi deyil. Zaporojye AES Rusiyanın obyekti deyil, Ukraynanın atom elektrik stansiyasıdır.

Rusiya yad bir ölkə ərazisinə müharibə ilə gəlmiş işğalçı və qatildir. Ukraynanın öz ərazilərini istənilən silahın köməyi ilə azad etmək üçün hər cür hüquqi əsası var”, - Podolyak qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR