Onlayn ictimai-siyasi qəzet
2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.
O, gələn ilin güman ediləndən daha yaxşı olacağına inanır: "2025-ci il mühüm qərarlar qəbul etməyi, məsuliyyəti öz üzərinə götürməyi, beynəlxalq hüququn bərpasını təmin etməyi şərtləndirəcək. Vacib qərarlardan qorxmağa və ya təxirə salmağa artıq vaxt yoxdur".
M.Podolyak bildirib ki, yalnız Rusiyanın məğlubiyyəti ədalətli gələcəyə zəmanət verir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl savaşın 2025-ci ildə bitəcəyinə ümid etdiyini söyləyib.
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ