Onlayn ictimai-siyasi qəzet
Almaniya Sosial Demokrat Partiyası (SPD) Almaniyanın yeni hökumətində nazir postlarını tutacaq nümayəndələrinin siyahısını razılaşdırıb.
Musavat.com xəbər verir ki, “Bild” qəzetinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, Boris Pistorius Müdafiə Nazirliyinin rəhbəri postunu qoruyacaq.
Bildirilir ki, SPD, Xristian Demokrat İttifaqı (CDU) kimi, yeni kabinetdə yeddi nazir portfeli alacaq. Partiya lideri Lars Klinqbeyl vitse-kansler və maliyyə naziri olacaq. Keçmiş hakim Stefani Hubiq ədliyyə naziri, Bundestaqın keçmiş prezidenti Bärbel Bass əmək və sosial işlər naziri, hökumətin şərq ştatları üzrə keçmiş komissarı Karsten Şnayder ətraf mühit naziri, parlament qrupu rəhbərinin müavini Verena Huberzedli tikinti naziri və deputat Reem Alabali-Radovan iqtisadi inkişaf naziri tyin olunacaq. Bundan əlavə, Elizabet Kayzer dövlət naziri, miqrasiya, qaçqınlar və inteqrasiya üzrə komissar, Natali Pavlik isə şərq əyalətləri üzrə komissar olacaq.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ