İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun qızı çeçen biznesmenlə nişanlanıb - FOTO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Moskovskiy komsomolets” yayıb.

Məlumata görə, Peskov qızı ilə Moskvada yerləşən kinoteatrların birində tədbirə qatılıb. Onlar jurnalistlərə açıqlama verməsələr də, foto çəkilişinə icazə veriblər. Fotolardan bir neçəsində isə 24 yaşlı Yelizaveta Peskovanın barmağında nişan üzüyünü görmək mümkün olub.

Qeyd edək ki, Y. Peskovanın toyu olacağı barədə məlumatları sentyabrda “Tatler” nəşrinin keçmiş baş redaktoru Arian Romanovskiy yayıb. Onun 34 yaşlı çeçen biznesmen Ruslan Qolbazov ilə münasibətdə olduğu məlumdur. Cütlük 3 ildən artıqdır ki, birlikdədirlər.

Bununla belə, onların toyu olacağı barədə xəbərlər 2021-ci ildə də yayılsa da, Yelizaveta Peskova bu barədə məlumatları təkzib etmişdi.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR