İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan ŞOK AÇIQLAMA - Bu ölkələr Rusiya ilə müharibə aparır

Kremlin sözçüsü Dmitri Peskov NATO-ya üzv olan Qərb ölkələrinin, xüsusilə ABŞ-ın Rusiya ilə müharibə vəziyyətində olduğunu, Ukraynada davam edən müharibədən çıxış yolu tapa biləcək vasitəçi ölkə olmadığını deyib.

Musavat.com xəbər verir ki, o bu sözləri Rusiyada hökumətin nəzarətində olan “İzvestiya” qəzetinə açıqlamasında deyib.

“Qərb Ukraynaya təkcə milyardlarla dollarlıq silah vermir, həm də bu silahların Rusiya və Ukrayna vətəndaşlarını necə öldürəcəyini öyrədir. Rusiya ilə müharibə aparan ölkələrin başında ABŞ, İngiltərə və Fransa dayanır”.

Kremlin sözçüsü Fransa ilə münasibətlərin üzərində xüsusilə dayanıb:

“Fransa prezidenti Makron son aylarda 5-6 dəfə bildirib ki, Rusiya prezidenti Putinə zəng etməyə hazırlaşır. Amma telefonlarımıza zəng gəlmir. Makron bizimlə əlaqə saxlamaq əvəzinə Ukraynaya daha çox silah verəcəklərini bəyan edir. Ona görə də belə qənaətə gəlmək olar ki, Qərbdə Ukrayna müharibəsini masada həll edəcək vasitəçi yoxdur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR