İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ açıqlaması - Putin üzr istəyib

Rusiya prezidenti Vladimir Putin AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı üzr istəyib və təəssüf hissini ifadə edib.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Aktau yaxınlığında baş verən təyyarə qəzasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.

Peskov bildirib ki, rusiyalı mütəxəssislər araşdırmaya dəstək göstərir: "Biz müvafiq komissiyanın işinin nəticələrini gözləyirik", – deyə o, əlavə edib.

"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına zəruri tapşırıqlar verilib və bütün lazımi dəstək göstərilir", – deyə Peskov vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR