İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Sərkisyan: Ermənistan rəhbərliyinin mümkün müharibə ilə bağlı “B planı” yoxdur

Cənubi Qafqazda real vəziyyəti və əsas oyunçuların maraqlarını qiymətləndirməkdə heç kim səhv etmir. İstənilən eskalasiyanın nəticələrini və fəlakətli nəticələrini hamı yaxşı bilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni ekspert Suren Sərkisyanın statusunda əks olunub.

Revanşist ekspert Ermənistanın savaşa hazırlaşmalı olduğu düşüncəsindədir.

“Ermənistan hakimiyyəti adekvat xarici siyasət aparmayaraq, heç bir qlobal və ya regional oyunçu ilə müttəfiqlik əlaqələri qurmayaraq, onlardan təhlükəsizlik zəmanəti və ya təsirli məhdudlaşdırıcı mexanizmlər almadan “B” planını hazırlamayıb”. Bu Paşinyan iqtidarı üçün olümcül günahdır”,- deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR