Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Ubatuba şəhərində ağır aviasiya qəzası baş verib.
Musavat.com xəbər verir ki, "Cessna Aircraft" markalı kiçik təyyarə uçuş-eniş zolağından çıxaraq yaxınlıqdakı çimərliyə düşüb və partlayıb.
Qəza nəticəsində pilot həyatını itirib. Təyyarədə olan digər 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında uşaqların olduğu da bildirilib.
Hadisə yerinə dərhal xilasedicilər və tibb işçiləri cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, vəziyyətləri ilə bağlı dəqiq məlumat hələ açıqlanmayıb.
Təyyarənin qəza səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Aviasiya mütəxəssisləri və yerli hakimiyyət orqanları qəzanın texniki nasazlıq, hava şəraiti və ya pilot səhvi ilə bağlı olub-olmadığını araşdırırlar.
Qəzanın baş verdiyi çimərlikdə çoxsaylı insanlar olmasına baxmayaraq, yerli sakinlər arasında ciddi xəsarət alanların olmadığı bildirilib. Hadisə bölgəsində təhlükəsizlik tədbirləri artırılıb.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ