İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: "Kreml Kissincerin ideyaları ilə böyük maraqla tanış olacaq"

Kreml ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin hazırkı vəziyyətin həlli ilə bağlı ideyalarına ilə böyük maraqla tanış olacaq. O, istedadlı və təcrübəli ekspertdir.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Şübhəsiz ki, Kissincerin istedadı, təcrübəsi və səriştəsi həmişə tələb olunur. Belə kəskin situasiyalarda onlara xüsusi tələbat var. Biz bu materialı böyük maraqla öyrənəcəyik. İndiyə qədər təəssüf ki, belə bir imkan olmayıb", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Henri Kissincer yazdığı məqalədə Rusiya və Ukrayna arasında gələcək sülhü, Avropa təhlükəsizliyinin arxitekturasını necə gördüyü barədə fikirlərini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR