İnsanlara hürriyət, millətlərə istiqlal!

Peru tarixinin ən dinamik gününü yaşayır -Millət ayaqlandı, prezident həbs edildi

Peruda ölkə prezidentinin dövlət televiziyasındakı çıxışından sonra millət ayaqlandı, prezident həbs edildi.

Peru tarixinin ən dinamik gününü yaşayır. Belə ki, dövlət başçısı Pedro Kastillo xalqa müraciət edərək parlamenti buraxdığını bildirib. Prezident həmçinin ölkədə fövqaladə vəziyyət elan edib, küçəyə çıxmaq qadağası qoyub.

ggg.jpg (43 KB)

Pedro Kastillo

Musavat.com xəbər verir ki, Pedro Kastillonun açıqlamasının parlamentdə onun özünün vəzifədən götürülməsi üçün keçiriləcək səsvermədən əvvəl baş tutması diqqət çəkib. Prezidentin çıxışından dərhal sonra ard-arda istefalar başlayıb və 11 nazir istefa verib. Bundan sonra xalq ayaqlanaraq əllərində bayraqlarla meydanlara axışıb. Etirazları təşkil edənlər arasında prezidentin dəstəkçilərinin də olduğu bildirilib.

111111g.jpg (118 KB)

Ölkə parlamenti prezidentin çıxışını nəzərə almayaraq səsverməni keçiriblər və prezidenti tutduğu vəzifədən uzaqlaşdırıblar. Səsvermə 101 səslə təsdiqlənib.

Bundan sonra ölkə prezidenti Pedro Kastillo həbs edilib.

63910ae224000062007048c9.jpg (67 KB)

Dina Boluarte

Konsititusiya Məhkəməsinin rəhbəri Fransisko Moralez mətbuat konfransı keçirərək Pedro Kastillonun qərarını dəstəkləməyən vitse-prezident Dina Boluartenin prezidenti əvəz etməsi gərəkdiyini bildirib. Dina Boluarte prezidentin səlahiyyətlərini icra etməyi üstlənərək dövlət başçısı kimi and içib.

 

Musavat.com

fff5tt.jpg (96 KB)

dddy.jpg (58 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR