İnsanlara hürriyət, millətlərə istiqlal!

Peru Prezidenti İlham Əliyevi təbrik edib

Peru Respublikasının Prezidenti Xose Pedro Kastilyo Terrones Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com-un xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Peru hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə bir daha məmnunluqla bildirirəm ki, Peru hökuməti xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqdır.

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha ən dərin ehtiramımı bildirirəm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR