İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rusların Çernobıldan çıxmasını təsdiqləyib

Rusiya hərbi qüvvələrinin bir hissəsi Çernobıl Atom Elektrik Stansiyasından (AES) çıxarılıb. AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Rusların Ukrayna AES-lərindən çıxarılmasına müxtəlif səviyyələrdə baxılmalıdır"Telekanal Pentaqondakı mənbəsinə istinad edib. Qeyd edək ki, bu xüsusi qorunan strateji və beynəlxalq əhəmiyyətli obyekt fevralın sonunda, Rusiya hırbçilərinin Ukraynaya daxil olmasının ilk günlərində Moskvanın nəzarətinə keçmişdi. Bu hal isə Çernobıl qadağan olunmuş zonasında təhlükəsizlik standartları ilə bağlı narahatlıqları artırmışdı.

Maraqlıdır ki, Rusiya qoşunlarının Çernobıl yaxınlığından və Kiyev ətrafından başqa yerlərə daşınması halları Rusiya Müdafiə Nazirliyinin "deeskalasiya" bəyanatından sonra baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR