İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: “Rusiya ordusunun aşağı səviyyədə idarəetməsi olduqca pisdir”

“Rusiya ordusunn döyüş ruhu olduqca aşağı səviyyədədir”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi “Amerikanın səsi” radiosuna bildirib.

"Bizim müşahidələrimizə görə, Rusiya ordusunda bölmələrin koordinasiyası, komanda və idarəetmə ilə bağlı ciddi problemlər mövcuddur”,- deyə Pentaqon rəsmisi qeyd edib.

ABŞ ordusunun nümayəndəsi rus əsgərlərinin döyüş meydanlarında depressiyaya düşməsi ilə bağlı çoxlu şayiələr eşitdiklərini, lakin bunun bütün orduya sirayət etməsi ilə bağlı fikir söyləməyin hələ tez olduğunu deyib.

Bununla belə, Pentaqon sözçüsü bütün bu danışılanların Rusiya ordusunda baş verən əsas problemləri üzə çıxardığın vurğulayıb.

“Rusiyada Qərbdə olduğu kimi, gizir və MAXE korpusu yoxdur. Buna görə də kiçik birliklər effektiv komandanlıq həyata keçirə bilmir. Siz Rusiya ordusunda aşağı səviyyədə hər hansı təşəbbüsün göstərilə biləcəyini görə bilməzsiniz”,-deyə o, söyləyib.

Son məlumatlara əsasən, Ukrayna qüvvələri Çerniqovdan cənubda yerləşən Sloboda, Lukaşevka kəndlərini azad edib və Kiyevlə əsas təchizat yollarından brini tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR