İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbərində xərçəng aşkar edilib

2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular. O, əməliyyat olunub, yanvarın əvvəlində isə ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında bildirilir.

Sənədə əsasən, 2023-cü il dekabrın əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat keçirib.

Sənəddə deyilir ki, 2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də prosedurdan irəli gələn fəsadlar səbəbindən Uolter Rid Tibb Mərkəzinə yerləşdirilib.

Mütəxəssislər Ostində "tam sağalma" gözlədiklərini, lakin bunun "uzun proses ola biləcəyini" qeyd ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR