İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: Ermənistanı “Defender 23” təlimlərində iştirak edən ölkələr siyahısına daxil etmək səhv idi

Ermənistanın “Defender 23” təlimlərində iştirak edən ölkələr siyahısına daxil edilməsi Pentaqonun daxili mətbuat xidməti komandasının səhvi olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Amerikanın Səsi radiostansiyasının müraciəti əsasında ABŞ Müdafiə Nazirliyi tərəfindən verilən cavabda deyilir.

Pentaqon nümayəndəsinin sözlərinə görə, Ermənistan tərəfi “Defender 23” təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil olunmamalı idi.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi öncə aprelin 22-də başlayacaq Defender 23 hərbi təlimlərində Ermənistanın da iştirakını açıqlamışdı. Daha sonra departament bu mesajı redaktə edərək Ermənistanı iştirakçılar siyahısından çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR