İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon dronun silah daşıyıb-daşımadığını dəqiqləşdirməyib

Qara dəniz üzərində Rusiya qırıcısı ilə toqquşan Amerikanın “MQ-9 Reaper”pilotsuz uçuş aparatı kəşfiyyat missiyasını yerinə yetirirdi.

APA xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

"Müdafiə Departamentinin nümayəndələri insidentlə bağlı Rusiya hakimiyyəti ilə birbaşa əlaqə saxlamayıblar. Mən bilirəm ki, Dövlət Departamenti bu insidentlə bağlı narahatlığımızı birbaşa Rusiya hökumətinə bildirib. “MQ-9 Reaperə gəlincə o, kəşfiyyatla məşğul olub”, - deyə sözçü bildirib.

Patrik Rayder dronun silah daşıyıb-daşımadığı barədə dəqiqləşdirmə aparılmadığını deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR