İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Çinin Tayvanı işğal etmək təhlükəsini qiymətləndirib

Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ administrasiyası Çin hakimiyyətinin Tayvanı işğal etmək niyyətində olduğuna ciddi şübhə edir, Çin ordusunun addımlarına da təxribat kimi yanaşır.

O, bu barədə ABŞ və Yaponiyanın xarici siyasət və müdafiə nazirliklərinin rəhbərlərinin Vaşinqtonda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib. ABŞ müdafiə nazirinin sözlərinə görə, son vaxtlar Amerika tərəfi “Çin qüvvələrinin çox təxribatçı davranışını və onların yeni normal qurmaq cəhdini” müşahidə edir. O, aydınlaşdırıb ki, söhbət Çinin aviasiyasının və gəmilərinin Tayvan boğazında “artan fəallığından” gedir.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Çinin hərəkətlərini izləməyə davam edəcək, həmçinin müttəfiqləri və tərəfdaşları ilə “Tayvan boğazında və bütövlükdə regionda sülh və sabitliyin təmin edilməsi üçün mümkün olan hər şeyi edəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR