Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Xalq Partiyasının İdarə Heyətinin bu gün keçirilmiş toplantısında Xankəndində Azərbaycan dövlət bayrağının rəsmən qaldırılması münasibətilə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik müraciəti qəbul edilib.
Musavat.com xəbər verir ki, müraciətdə deyilir:
"Uca və əziz Xalqımız!
15 oktyabr 2023- cü il tarixində Azərbaycana qarşı dünya erməniçiliyinin və onların havadarlarının apardığı çoxəsrlik təcavüzün ərazilərimizdə son səngəri kimi qalmış Xankəndində dövlət bayrağımızın rəsmi olaraq qaldırılması ilə tariximizin ən şərəfli anlarından biri yaşandı. Heç bir şübhə yoxdur ki, bu hadisə təkcə Azərbaycan dövləti və xalqının gələcəyini yox, bütün qlobal proseslərin taleyinə təsir göstərəcək və onu dəyişdirəcək ümümdünya əhəmiyyətinə malik bir hadisədir. Qəti şəkildə inanırıq və əminik ki, Xankəndində Azərbaycan dövlət bayrağının qaldırılmasıyla bir tarix bitmiş, yeni bir tarix başlanmışdır, bir yol qurtarmış, yeni bir yol başlanmışdır. Bu yeni tarix Bütov Azərbaycana gedən tarixdir, bu yeni yol Böyük Azərbaycana gedən yoldur və bu yolun yolçuları öz hədəfinə çatana qədər yürüyəcəkdir!
Möhtərəm cənab Prezident!
Qalib Azərbaycan əsgərinin rəşadəti, qəhrəman şəhidlərimizin müqəddəs qanı sayəsində qazanılmış bu möhtəşəm qələbənin əldə olunmasında Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı olaraq xüsusi xidmətinizi qəbul və qeyd edərək, şəxsinizdə xalqımızı və bütün dünya azərbaycanlılarını Xankəndində dövlət bayrağımızın qaldırılması münasibətlə təbrik edirik.
Xalqın və dövlətin müzəffər yürüşünün təminatı olan milli birlik halında yola davam! Allah millətimizi və dövlətimizi qorusun!
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn".
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ