İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp – İran üçün göydən gələn nemətdir” – Tehran rəsmisindən şok açıqlama

İran parlamentinin deputatı Kamran Qazanfəri ABŞ prezidenti Donald Trampı “İslam Respublikasını gücləndirən və Amerikanı zəiflədən ilahi göndəriş” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə deputat yerli mediaya açıqlamasında deyib.

“Tramp sanki Allah tərəfindən göndərilib ki, Amerikanı məhv etsin və İranı gücləndirsin. Onun hədələri sayəsində Çin son aylar İrandan neft idxalını görünməmiş həddə artırıb,” – deyə Qazanfəri bildirib.

Deputat əlavə edib ki, Trampın ritorikası və sanksiya siyasəti nəticəsində Rusiya və Çin Tehrana bir sıra investisiya imkanları təklif edib və bu, İrana təzyiqlərə qarşı dayanmaq üçün əlavə resurslar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR