Onlayn ictimai-siyasi qəzet
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.
Musavat.com APA-ya istinadla xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddəyinə uzadılıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ