Onlayn ictimai-siyasi qəzet
"Bəzən məktəb direktorunun pedaqoji təhsilinin olmadığına dair məlumatlar yayılır. Həmin şəxs sonradan pedaqoji təhsil alıb".
Musavat.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.
"Əgər digər ixtisas sahibləri yenidən hazırlıq keçibsə, təhsili idarəetmə diplomu varsa, direktor təyin edilə bilər. Pedaqoji təhsili olmayan direktor yoxdur. Belə şəxslər varsa, nazirliyə müraciət edə bilərsiniz. Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz", - nazir qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ