İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: "1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..."

"Bu il 1-ci sinfə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Belə ki, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Rəqəmlər problemin nə qədər aktual və narahatedici olduğunu göstərir".

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu məsələ çox ciddi yanaşma tələb edir:

"Xüsusilə bu azalma bölgələrdə özünü nəzərəçarpacaq dərəcədə göstərir. Sözügedən məsələ ilə ciddi məşğul olmasaq, gələcəkdə çox ciddi problemlərlə üz-üzə qalacağıq".  

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR