İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın bu prospektində yeni əkilən çinar ağacları niyə quruyur?-VİDEO  


“8 noyabr prospektində “Nargilə” dairəsindən şəhər istiqamətinə gedən yolda küçə boyunca çinarlar əkilib. Amma həmin ağaclara su verilmir”.

Musavat.com xəbər verir ki, bu barədə aparıcı Nərmin Salmanova sosial mediada paylaşıb edib. O bildirib ki, yeni əkilən ağaclar susuzluqdan quruyur: “Arada binanın qarşısındakı otluq sahədə suyu açırıq ki, 2-3 ağac bir az su içsin. Su hansına çatırsa içir, o birilər artıq quruyur. Xahiş edirəm, şəhərə yaşıllıq, gözəllik vermək üçün əkdiyiniz bu çinarları susuzluqdan məhv olmağa qoymayasınız. Yüzlərlə ağac əkəndə suyunu da vermək lazımdır”.

Xətai Rayon İcra Hakimiyyətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, ağaclar hər gün sulanır. RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, ərazidə ağaclara hər gün qulluq edilir, sadəcə havanın isti keçməsi ilə əlaqədar ağacların quruduğu zənn edilir. O, ərazinin nəzarətdə saxlandığını bildirdi.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR