Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin payız sessiyasının ilk iclası öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Dövlət Himni oxunub.
Parlament rəhbəri payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdikdən, sessiya dövründə uğurlar arzuladıqdan sonra giriş nitqi ilə çıxış edib.
Sahibə Qafarova Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı haqda danışıb. Eyni zamanda yaz, növbədənkənar sessiya və Vaşinqton görüşünə həsr olunmuş xüsusi sessiya, o cümlədən Milli Məclis sədrinin, deputatların səfərləri və qəbullar barədə məlumat verib. Hazırda iclas davam edir.
Qeyd edək ki, iclasın gündəliyində 12 məsələ var.
E.Paşasoy,
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ