Onlayn ictimai-siyasi qəzet
Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durovun işini aparan müstəntiqlərdən biri onun axtarışda olduğunu bilə-bilə Fransaya uçmaq qərarına gəlməsinə təəccüb etdiyini bildirib.
Bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
""Telegram"ın bu cəzasızlığı bitməlidir" , - Pavel Durovun saxlanmasına münasibət bildirən Fransa hüquq-mühafizə orqanlarının adı açıqlanmayan rəsmisi bildirib.
Qeyd edək ki, Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur. (Oxu.Az)
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ